28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kral ailəsində qalmaqal: Şahzadələr bir-birini görmək istəmir

08.12.2018

Britaniyalı şahzadə Uilyam və Keyt Middlton  Kral fondunun iclasına gəlməkdən imtina edib. Buna səbəb həmin görüşdə şahzadə Qarri ilə Meqan Marklın iştirak etməsi olub.
"Dövran Media" xəbər verir ki, bu haqda The Sun nəşri məlumatlı mənbəyə istinadən informasiya yayıb.
Məlumata əsasən Britaniyalı şahzadə Harri böyük qardaşı Uilyamın ünvanın sərt ittihamlar irəli sürüb. Harri qardaşının onunla həyat yoldaşı Meqan Mark arasında olan münasibətləri korlamağa çalışdığını  iddia edir.
Nəşrin mənbəyi təfsilatlara varmaqda çəkinsə də, Qarrinin əvvəllər anası – şahzadə Diananı qoruya bilmədiyi üçün özünü günahkar hiss etdiyini  və buna görə həyat yoldaşını himayə etməyə çalışdığını söyləyib.
"O Meqana ünvanlanan heç bir tənqidi qəbul etmir, bu məsələdə o qədər həssasdır ki, istənilən sözü tənqid kimi və  neqativ olaraq qəbul edir.”, -deyə mənbə qeyd edir.
Britaniyanın "sarı mətbuatı” bir müddət əvvəl də, kral ailəsinin üzvləri arasındakı münasibətlərdə gərginliyin yaşandığını  yazırdı.  İddiaya görə, məhz qardaşlar arasında düşən söz-söhbətdən sonra Harri həyat yoldaşı ilə Kensinqton sarayından köçməyə qərar verib. Sonradan bu informasiya təkzib olunub:  cütlüyün  şəxsi həyat toxunulmazlığına görə yaşayış yerini dəyişdiyi bildirilib.