28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransada “sarı jiletlilər” yenidən etiraz aksiyasına çıxıblar

08.12.2018

Oxu.Az Fransadan xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları etiraz aksiyasına müdaxilə ediblər.
Hökumət etirazların qarşısını almaq üçün  ciddi hazırlığa başlayıb. 
Etirazçılar Parisin simvolları olan Şans-Elize küçəsində toplaşmağa başlayıb.
Aksiya iştirakçıları "Qələbə”, "Ulduz” meydanları və Yelisey çölləri istiqamətində hərəkət etməyə çalışırlar.
Makronun prezident sarayı önündə də etiraz aksiyası keçirilməsi planlaşdırdığı bildirilir. Bu səbəbdən ölkədə 90 min polis əməkdaşı hazırlıq vəziyyətinə gətirilib. Parisdə doqquz min polis küçələrdə zirehli maşınlarla növbə çəkir. 
Dörd həftədir davam edən "sarı jiletlilərin” etirazları əvvəlcə yanacağın qiymətinin qaldırılmasına qarşı idisə, sonradan hökumətə qarşı ümumxalq etirazına çevrilib. Etirazlar  zamanı üç nəfər ölüb, 1043 nəfər yaralanıb. 
Bu gün, aksiyalardan əvvəl 317 nəfər saxlanılıb, ümumilikdə isə  dörd həftə ərzində 1424 nəfər həbs edilib. Saxlanılan 317 nəfərin üzərində çəkic və daşlar aşkarlanıb. 
Etirazçılar Yelisey çöllərində "Makron istefa ver” şüarlarını səsləndiriblər. Fransalı məmurlar ölkədəki vəziyyətlə bağlı "həyəcan təbili çalırlar”, onlar bir müddət əvvəl baş verən zorakılıq hadisələrinin təkrarlanmasından – mağazaların qarət olunması, pəncərələrin sındırılması, avtomobillərdən atəş açılmasından narahatdırlar.
Baş verən hadisələr Parisin mədəni həyatına da təsir edir.
Eyfel qülləsi etiraz aksiyaları səbəbindən bağlanacaq. Fransa paytaxtında 30-a yaxın metro stansiyası, bir çox küçələr və yollar hərəkət üçün bağlanıb.
Noyabrın 17-də  başlayan "Sarı jiletlərin” hərəkətləri son illər ərzində ölkədə baş verən ən geniş etiraz aksiyalarıdır.
Hər şey hökumətin yanacaq qiymətlərini qaldırmasından sonra başlayıb. Təzyiqlərlə üzləşən hökumət yanvarın 1-dən (2019) etibarən qüvvəyə mindirəcəyi yeni yanacaq vergisinin tətbiqini yarım il müddətinə ertələyib, lakin bu, əhalini qane etməyib, və on minlərlə insan etiraz əlaməti olaraq küçələrə çıxıb.