28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nyu York radiosu Behbudova veriliş həsr etdi

08.12.2018

Nyu Yorkun məşhur "Davidzon” radiosunun "Karavan” verilişinin budəfəki sayı Azərbaycanın xalq artisti Rəşid Behbudova həsr edilib.
"Dövran Media" xəbər verir ki, veriliş dünən axşam Bakı vaxtı ilə saat 23:00-da canlı olaraq yayımlanıb.
Verilişdə məşhur sənətkarın həyat və yaradıcılığından söhbət açılıb, repertuarından mahnılar səsləndirilib.
Rəşid Behbudov musiqisinin pərəstişkarları canlı verilişi bu link vasitəsilə dinləyə bilərlər.
Qeyd edək ki, Nyu York radiosu ilə yayımlanan "Karavan” verilişinin 10 ildir aparıcısı və müəllifi Boris Avezovdur. Ölkəmizi çox sevən müəllif öz verilişlərində tez-tez Azərbaycan musiqisindən, mədəniyyətindən, incəsənəti və tarixindən bəhs edən buraxılışlar təqdim edir.