28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sərkisyanın qardaşı oğlu tutuldu - Avropada

08.12.2018

Dekabrın 6-da Praqada Ermənistanın eks-prezidenti Serj Sərkisyanın qardaşı oğlu Narek Sərkisyan saxlanılıb.
"Dövran Media" xəbər verir ki, bu barədə "Aykakan Jamanak” qəzeti məlumat yayıb.
O, saxlanılan zaman Qvatemala vətəndaşı Franklin Qonzales olduğunu göstərən saxta pasport təqdim edib. Artıq Çexiya rəsmiləri Ermənistan Baş Prokurorluğuna Sərkisyanın ekstradisiya prosesinin başladılmasıyla bağlı müraciət ediblər.
Qeyd edək ki, Narek Sərkisyan Aleksandr Sərkisyanın oğludur. Ona qarşı 26 iyunda cinayət işi açılıb. O, qanunsuz silah saxlamaqda, daşımaqda, psixotrop maddələrin hazırlanması və qeyri-qanuni dövriyyəsində ittiham olunub. 24 iyulda Narek Sərkisyan beynəlxalq axtarışa verilib.