28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Həbsdə də Paşinyana qarşı savaşacağam - Köçəryan

08.12.2018

Ermənistan Apeliyasiya Məhkəməsi mənim həbsim haqqında qərarı hökumətin sərt təzyiqləri altında verib.
"Dövran Media" xəbər verir ki, bu bəyanatı Ermənistanın eks-prezidenti Robert Köçəryan yayıb.
"Onu qeyd etmək kifayətdir ki, məni ittiham edən tərəf məhkəmədə baş prokurorun rəhbərlik etdiyi 6 nəfərlə təmsil olunurdu. Bu isə bizim yeni tariximizdə görülməmiş hadisədir. İşə baxan hakim kobud qanun pozuntuları ilə seçilib, hökumətyönlü mətbuat isə məhkəmənin qərarını gözləmədən mənim həbs qərarımı dərhal dərc edib. Biz dəfələrlə bəyan etmişik ki, baş verənlər şəxsi hesablaşma, mən və mənim ailəmə qarşı əsl vendettadır” – deyə o bildirib.
O, əvvəl-axır azadlığa çıxacağını və onu həbs edənlərin, tezliklə, qanun qarşısında cavab verəcəyini söyləyib. Köçəryan həbsdə də siyasi mübarizəsini davam etdirəcəyini deyib.
Qeyd edək ki, Köçəryan dünən həbs edilib.