28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu saatlarda "Bakmil" stansiyası BAĞLI OLACAQ

07.12.2018

"Bakmil" stansiyasında giriş-çıxışa məhdudiyyət qoyulacaq.
 "Bakı Metropoliteni" QSC-dən verilən olan məlumata görə, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar olaraq, dekabr ayının 10-dan "Bakmil" stansiyasına giriş-çıxışa günün müəyyən saatlarında qoyulmuş məhdudiyyətin vaxtı saat 18:00-a qədər uzadılır. Səhər saatlarında isə "Bakmil" stansiyası sərnişinlərə 8:20-yə qədər xidmət göstərəcək.
Buna qədər məhdudiyyət saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edirdi.
Bu dəyişikliklə əlaqədar, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, saat 17:00-18:00 aralığında həmin stansiyasadan istifadə edən sərnişin axını xüsusi nəzərə alınmaqla, "Bakmil" stansiyası ilə "Koroğlu" stansiyaları arasında avtobus marşrut xətti daha intensiv fəaliyyət göstərəcək.