28 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır

07.12.2018

"Azərbaycan və İran Yerin tədqiqatı üçün birgə peyk istehsalı barədə razılıq əldə edib".
"Dövran Media" xəbər verir ki, bunu Trend-ə özəl açıqlamasında İranın rabitə və informasiya naziri Məhəmməd Cavad Azəri Cəhrumi deyib.
Onun sözlərinə görə, hazırda iki ölkə arasında peyk rabitəsi sahəsində sıx əməkdaşlıq yaradılıb.
Nazir həmçinin poçt rabitəsi sahəsində əməkdaşlığın genişlənməsini qeyd edib:
"Gələcəkdə biz poçt maliyyə xidmətləri sahəsində əməkdaşlığın genişləndirilməsini planlaşdırırıq".
Bundan başqa, nazirin sözlərinə görə, azərbaycanlı həmkarı ilə növbəti görüşü çərçivəsində o, TASIM fiber-optik label magistralının tikintisi üzrə əməkdaşlıq perspektivlərini müzakirə edəcək.