28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yakuboviç: Heydər Əliyevə bütün həyatımı danışdım + VİDEO

07.12.2018

"Moskva-Bakı” portalı Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə dünya səviyyəli dövlət xadiminə həsr olunmuş müsahibələri təqdim edib.
"Dövran Media" xəbər verir ki, məşhur siyasətçilər, həmkarları və Heydər Əliyevi yaxından tanıyan insanlar onun insani və rəhbər keyfiyyətləri barədə danışıb.
Teleaparıcı Leonid Yakuboviçin Ümummilli lider Heydər Əliyev barədə xatirələrini təqdim edirik:
"Bu lap çoxdan olub, o qədər çoxdan ki, artıq görüşümüzün hansı ildə olduğunu da unutmuşam. Biz Azərbaycana gəldik, idman zalında "Pole çudes” oynadıq. Səhəri gün isə Bizim Heydər Əliyevlə görüşümüz oldu.
Əvvəlcə 20 dəqiqəlik protokol görüşü oldu. O, stolun başında əyləşib iki sözlə Azərbaycanın siyasi və iqtisadi vəziyyətini izah elədi. Mən xüsusi heç nə anlamadım. 20 dəqiqəlik söhbətdən sonra Heydər Əliyev dedi: "Hamınız azadsınız, Leonid siz isə əyləşin”. 20 dəqiqəlik söhbət 2.5 saatlıq söhbətə çevrildi. Daha doğrusu bu mənim monoloqum idi. O, susdu, mən isə demək olar ki, doğumumdan etibarən bütün həyatımı danışdım. Heydər Əliyev heç nə soruşmurdu, diqqətlə məni dinləyirdi, hərdən başını yelləyir, hərdən də mən yorulanda söhbətə istiqamət verirdi. O, qətiyyən özünü məndən yüksək tutmadı və öz mövqeyini göstərmədi. Sakit səslə hərdən nəsə soruşdu. Mən ona hər şeyi danışdım: atam və anam barədə, atamın harada vuruşması, necə yaşamağımız – hər şeyi! Həmin an məndə yalnız özümün danışmağım barədə hiss yox idi. Onun yanında mənə çox rahat idi...
Heydər Əliyev – güclü xarizması olan böyük intellektli insandır. Həyatım boyu iki və ya üç belə şəxslə qarşılaşmışam. Onun gözlərində nə qədər çox şeyin olduğu tamamilə aydın idi.
O, bilik, intellektlə dolu idi. Mən hələ də onunla yeganə görüşdən sonra özümə gələ bilmirəm. Mən bu söhbəti kağız üzərinə köçürmək istədim, ancaq alınmadı. Səbəbini də bilmirəm. Elə bir təəssürat yaranırdı ki, biz min ildir tanışıq və o, mənim gəlməyimi, ona hər şeyi danışmağımı gözləyirdi.
Daha sonra onunla söhbətimizi qiymətləndirərkən anladım ki, niyə xalqı onun arxasınca gedir. Düşünmürəm ki, ondan qorxurdular. Bu ölçülə bilməyəcək bir hörmət və respublikanı yalnız onun xilas edə biləcəyi ümid idi.
Onun oğlu İlham, Heydər Əliyevə çox bənzəyir. Bu, Əliyevin güclü genlərindən xəbər verir. Təbiət ona güclü şəkildə bunu ötürüb. İlham Heydər oğlu Əliyev ondan daxili qüvvə və xarakter gücünü alıb”.