28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransadan şok: Makronu devirmək istəyirlər

07.12.2018

Radikal elementlər "sarı jiletlilər” etiraz hərəkatını Fransa hökumətini devirmək üçün vasitəyə çevirmək istəyirlər.
"Dövran Media" xəbər verir ki, bunu "Parisien” qəzetinə açıqlamasında Fransa hökumətinin rəsmi nümayəndəsi Benjamin Qrivo deyib.
"Aydındır ki, bu aksiyalar təşkil olunub. Siyasiləşmiş və radikal elementlər çalışır ki, bu hərəkatı vasitəyə çevirsinlər. Onlar hökuməti devirmək istəyirlər. Xüsusi xidmət orqanlarına bəllidir ki, paytaxt aksiyalarında etirazçılar arasında odlu silahlar paylanılır. Əsl sarı jiletlilər canlı qalxan ola bilməzlər. Biz hər kəsi məsuliyyətli olmağa səsləyirik” – deyə o bildirib.