28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-dan 8 ölkəyə mesaj: İran sanksiyaları başlanğıcdır

07.12.2018

İran neftini alan bütün ölkələr mümkün qədər tez bir zamanda bunu dayandırmalıdır.
"Dövran Media" xəbər verir ki, bu bəyanatı ABŞ Dövlət katibinin köməkçisinin müavini Sandra Oudkirk yayıb. Onun sözlərinə görə, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar daha da genişlənəcək:
"5 noyabrdakı sanksiyalara başlanğıc kimi baxmaq lazımdır. Bizim hədəfimiz İranın neft ixracını sıfıra çatdırmaqdır. Bütün idxalatçılar öz tədarüklərini diversifikasiya etməlidirlər”.
Qeyd edək ki, ABŞ bundan öncə Çin, Hindistan, Yaponiya, Tayvan, Yunanıstan, İtaliya, Türkiyə və Cənubi Koreyanı İran sanksiyalarından müvəqqəti azad edib.