28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu agentliyin səlahiyyətləri artırıldı - QANUN

07.12.2018

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) səlahiyyətləri artırılıb.
"Dövran Media" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Avtomobil yolları haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı bildirilib ki, bundan sonra AAYDA öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri lisenziya və icazə olmadan həyata keçirə biləcək.
Qanunun 21-ci (Yol təsərrüfatının idarə edilməsi) maddəsində dəqiqləşdirmə aparılıb:
"Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulan lisenziya və icazələrin alınması tələb olunmur”.
Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.