28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vəzifəli şəxs qəzada öldü - Hacıqabulda

06.12.2018

Hacıqabul rayonunda baş verən yol qəzasında idarə müdiri ölüb.
Report-un məlumatına görə, hadisə Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş verib.
"Mersedes” markalı 10 ZP 030 dövlət nömrə qeydiyyatlı avtomobil əsas yola çıxan VAZ-21015 markalı 99 BC 437 dövlət nömrə qeydiyyatlı avtomobilə çırpılıb.
Nəticədə VAZ-ın sürücüsü - Hacıqabul rayon Yaşıllaşdırma idarəsinin müdiri 1980-ci il təvəllüdlü Hüseynov Amil Eyyub oğlu aldığı kəllə-beyin travmasından hadisə yerində ölüb.
Faktla bağlı Hacıqabul Polis Şöbəsi tərəfindən araşdırma aparılır.