27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nurməhəmmədov: Qadınlara əla məsləhətim var - VİDEO

06.12.2018

Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı döyüşçü Həbib Nurməhəmmədov qadın döyüşçülərə məsləhət verib.
"Dövran Media" bildirir ki, idmançının azarkeşlərlə görüşünün olduğu video "REDFURYMMA” "YouTube” kanalında paylaşılıb.
"Qadınlar üçün əla məsləhətim var - öz evinizdə döyüşçü olun. Və bir məsləhət daha – həmişə ərinizi döyün. Onu möhkəm döyün”, - deyə H.Nurməhəmmədov bildirib.
Hal-hazırda qadın döyüşçülər üçün ən yaxşı şərait Mütləq Döyüş Çempionatında (UFC) yaradılıb və bu turnirin hazırkı çempionu H.Nurməhəmmədovdur. Burada 99 qadın idmançı dörd çəki növü üzrə mübarizə aparır.
Rusiyada yüksək səviyyədə qadın döyüşləri keçirilmir. Aparıcı yerli yarışlarda (Fight Nights, M-1 və bu yaxınlarda World Fighting Championship Akhmatla (WFCA) birləşən Absolute Championship Berkut-da (ACB)) qadın divizionları mövcud deyil.