03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ramiz Tahirov Türkiyəyə getdi - FOTO

05.12.2018

Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri Komandanı, general-leytenant Ramiz Tahirov Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüzün dəvəti ilə Ankarada səfərdədir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər Ankaradakı Heydər Əliyev Parkında ulu öndərin abidəsinin ziyarət olunması ilə başlayıb.
Ümummilli lider Heydər Əliyevin abidəsi önünə Hərbi Hava Qüvvələri adından əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub.
Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - "Anıtqəbir" mavzoleyi ziyarət edilib. Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin adından Atatürkün məzarı önünə əklil qoyulub.
Səfər davam edir.