02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir: Azərbaycanın çox güclü manata ehtiyacı yoxdur

05.12.2018

Milli valyutanın son dərəcə möhkəmlənməsi Azərbaycan üçün faydalı deyil.
"Dövran Media" xəbər verir ki, maliyyə naziri Samir Şərifov hesab edir ki, güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir. 
"Onların məhsulları ixrac üçün daha az rəqabətə davamlı olur. Digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, çünki idxal olunan mallar daha da ucuzlaşır”. 
Nazir əlavə edib ki, son illər ölkədə həyata keçirilən siyasət "makroiqtisadi tarazlığın və davamlı iqtisadi artımın” dəstəklənməsinə yönəldilib.
2015-2016-cı illərdə devalvasiya nəticəsində manat dollara nisbətən iki dəfədən çox ucuzlaşıb. 2017-ci ildə manat AMB tərəfindən həyata keçirilən sərt valyuta siyasəti nəticəsində 4%, 2018-ci ilin 11 ayı ərzində 0,01% möhkəmlənib.