02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gəzi olayları: Məşhur aktyor həbs edilir

05.12.2018

Türkiyənin məşhur aktyoru Məhməd Əli Alaboranın yaxalanması haqqında İstanbul məhkəməsi qərar çıxarıb.
"Dövran Media" xəbər verir ki, aktyora qarşı Gəzi Parkı hadisələriylə əlaqədar Türkiyə hökumətini ortadan qaldırmaq və hökumətin vəzifəsini icra etməyə maneə yaratmaq ittihamları irəli sürülüb. Belə ki, İstanbul Prokurorluğu Alaboranın Gəzi parkı hadisələrindən öncə Gürcüstan və ərəb dünyasındakı inqilablara dəstək verən məşhur serb təşkilatı kimi tanınan OTPOR-un lideri İvan Maroviçlə İstanbul və Misirdə görüşdüyünü bildirib. Alabora ilə bərabər onun həyat yoldaşı Ayşə Pınar Alabora, Defnə Anter, yazıçısı Handan Məltəm Arıkan və reklamçı Mətin Osasogie Edomvonyi də Maroviçlə görüşüblər.
Prokurorluq həmçinin Gezi parkı hadisələrinin 2011-ci ildən planlaşdırıldığını, hətta Alaboranın bu tarixlərdə "Ayağa qalx, İstanbul” ifadələrinin işlədildiyi videolar yayaraq, bu hadisələrə hazırlaşdığını iddia edib.
Məhkəmə Alaboranı bir müddət öncə eyni maddə ilə həbs edilən Soros Fondunun Türkiyə nümayəndəsi Osman Kavala ilə əlaqələrdə də ittiham edib.