02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsrail "Şimal qalxanı" əməliyyatına başlayır

04.12.2018

İsrail hərbçiləri "Şimal qalxanı" əməliyyatına başladıqlarını elan ediblər.
"Dövran Media"nın məlumatına görə, əməliyyatda məqsəd döyüşçülərin gizli şəkildə İsrail ərazisinə keçməsi üçün Livanın "Hizbullah" hərəkatı tərəfindən çəkilən transsərhəd tunelləri aşkarlayaraq məhv etməkdir.
İsrail ordusunun rəsmi nümayəndəsi Yonatan Konrikus sayını açıqlamasa da, belə yeraltı keçidlərin olduğunu təsdiq edib. Bununla belə, o bildirib ki, həmin tunellər hələ istifadə olunmayıb və israillilər üçün heç bir təhlükə daşımır.
Zabit bildirib ki, əməliyyat yalnız yəhudi dövlətinin nəzarət etdiyi ərazilərdə, o cümlədən Cövlan yüksəkliklərinin şimal hissəsində keçiriləcək.
Artım Şimal dairəsinin qoşunu döyüşə hazırlıq səviyyəsinə gətirilib.