25 08 2025-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Ermənistanın hərbi təyyarəsi qəzaya düşdü: Ölənlər var - Yenilənib

04.12.2018

Ermənistanın itən Su-25 təyyarəsinin pilotlarının cəsədləri tapılıb. Cəsədləri tapılan pilotların Armen Babayan və Manuk Manukyan olduğu bildirilib.
***
14:31
Ermənistan Müdafiə Nazirliyi təlim uçuşu həyata keçirən Su-25 təyyarəsiylə əlaqəni itirməsi haqqında məlumat yayıb.
"Dövran Media" xəbər verir ki, nazirlik təyyarənin Gümrü şəhərindən yerli vaxtla 10:06-da havaya qalxdığını bildirib. Təyyarə ilə əlaqə 10:20-də itirilib. Hazırda xilas axtarış işlərinin aparıldığı vurğulanıb.
***
Erməni mətbuatının məlumatına görə, hazırda Şirak, Artik rayonlarının və yol polisinin 2-ci batalyonu Müdafiə Nazirliyinin dəstəyi ilə Artik və Maralik dağlarında təyyarənin axtarışı ilə məşğuldurlar. Axtarışlara helikopterlər də cəlb olunub.