30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ölkə üzrə sərnişindaşımada vahid kart yaradılacaq

04.12.2018

 "Bütün sərnişindaşımada yeniliklər gözlənilir".
"Dövran Media" "Report”-a istinadən xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Həbib Həsənov bildirib.
Onun sözlərinə görə, sərnişindaşımada vahid bilet sistemi və taksi xidmətində vahid platformanın yaradılması istiqamətində işlər aparılır: "Bununla bağlı hazırlıq işləri tamamlanmaq üzrədir”.
Hazırda "Bakıkart”ın mövcud olduğunu xatırladan H.Həsənov bildirib ki, bütün ölkə üzrə sərnişindaşıma ilə bağlı vahid kartın istifadəyə verilməsi planlaşdırılır: "Respublika üzrə bilet sisteminin yaradılması və gələcəkdə yerüstü nəqliyyat vasitələrinə inteqrasiyası nəzərdə tutulur. Respublikada vahid bilet sisteminin olmasının bir sıra üstünlükləri var. Bu, daşıyıcıların özlərinə də xeyirdir".