29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qəbul imtahanlarından azad olunan məzunlar

04.12.2018

Orta məktəbi qızıl medalla bitirən məzunlar ali məktəblərə qəbul imtahanlarından azad olunacaqlar.
"Dövran Media" Modern.az-a istinadla xəbər verir ki, bu barədə Milli Məclisdə hazırlanan yeni "Ümumi təhsil haqqında” qanun layihəsində məlumat yer alıb.
Belə ki, qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilib ki, orta təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar.