30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Günəşli” faciəsi: 22 neftçi hələ də tapılmayıb

04.12.2018

Bu gün "Günəşli” yatağındakı 10 və "Neft Daşları”ndakı 501 saylı dəniz özüllərində baş verən yanğın hadisəsindən üç il ötür.
"Dövran Media" xatırladır ki, 2015-ci il dekabrın 4-də baş vermiş qəza nəticəsində 8 neftçi dünyasını dəyişib, 33-ü ağır yaralanıb, 22-si isə itkin düşmüş hesab edilir. Onların meyiti hələ də tapılmayıb. Neft yatağındakı yanğın zamanı ümumilikdə 63 nəfər zərər çəkib.
Hadisəyə ilkin səbəb kimi saat 17ː40 radələrində nəhəng dalğaların "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırması nəticəsində boru kəmərini zədələməsi və şiddətli yanğın baş verməsi göstərilir.
Bu hadisə ilə əlaqədar olaraq Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr 2015-ci ildə matəm günü elan olunmuşdu.
Həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında abidə ucaldılıb.