09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Bordo bereli”lər holland terrorçunu öldürdü - FOTO

19.02.2018

Afrində keçirilən "Zeytun budağı” əməliyyatında 3 terrorçu öldürülüb.
"Dövran Media" xəbər verir ki, öldürülən terrorçular YPG terror təşkilatının üzvləri olublar.
Onların Niderland, İspaniya və Fransa vətəndaşı olduğu bildirilib.
Öldürülənlərdən biri hollandiyalı Sjoerd Heeger xarici mətbuat orqanlarına verdiyi müsahibələrlə məşhur olub.
Məlumata görə, Heeger türk ordusuna partladıcı yerləşdirilmiş avtomobillə hücuma hazırlaşarkən "Bordo bereli” snayperin sayıqlığı nəticəsində məhv edilib.
Baran Sason kod adlı holland terrorçu Cerablus, Əl Bab və Rakkadakı döyüşlərdə YPG cərgələrində vuruşub. Həyat yoldaşı və qızını ataraq Suriyaya gələn terrorçunun ölüm faktını Niderland səfirliyi də təsdiqləyib.
Ailəsinin terrorçunun dəfninin qəbul etmədiyi açıqlanıb.