29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident İlham Əliyev vitse-prezidentlə görüşdü

03.12.2018

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 3-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Dövran Media" xəbər verir ki, dövlət başçısı CISCO şirkətinin uzun illər Azərbaycan hökuməti ilə uğurlu əməkdaşlıq həyata keçirməsindən məmnunluğunu bildirib.
Prezident İlham Əliyev CISCO şirkətinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində həyata keçirdiyi layihələrə toxunaraq bu sahənin ölkəmizdə prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Dövlət başçısı regional əməkdaşlıq üçün yeni infrastrukturun yaradıldığını nəzərə alaraq digər sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.
CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix Azərbaycan Prezidenti ilə əvvəlki görüşünü məmnunluqla xatırlayaraq şirkətin ölkəmizlə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirib. Ölkəmizə səfərindən xoş hisslər keçirdiyini deyən qonaq səfərinin məqsədinin əməkdaşlığın perspektivlərini müzakirə etməkdən ibarət olduğunu deyib və bu əməkdaşlığın "Azərbaycan 2020: Gələcəyə Baxiş” İnkişaf Konsepsiyasına uyğun şəkildə həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə XXIV "Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisinin əhəmiyyətinə toxunularaq bu tədbirin beynəlxalq əməkdaşlığın möhkəmləndirlməsi işinə töhfə verdiyi qeyd olunub.