29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Güləşçilərimiz Moskvada üçüncü olublar

03.12.2018

Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ikiqat Olimpiya çempionu İvan Yarıginin xatirəsinə "Alrosa” kuboku yarışları keçirilib.
"Dövran Media" AzərTac-a istinadən xəbər verir ki, "Dinamo” İdman Sarayında təşkil olunan turnirdə Olimpiya çəkilərində çıxış edən güləşçilər komanda yarışlarında güclərini sınayıblar.
Sərbəst güləşçilərin turnirində məşqçi Nazim Əlicanovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Ənvərbəy Dalqatov (65 kq), Hacımurad Ömərov (74 kq), Kənan Əliyev (86 kq), Roman Bəkirov (97 kq) və Rahid Həmidlidən (125 kq) ibarət komanda Gürcüstana qalib gəlib, Rusiya, İran və Özbəkistana uduzub. Bu nəticə ilə yığmamız 4-cü yeri tutub.
Yunan-Roma güləşi üzrə millimizin heyətində Ramiz Məmmədov (60 kq), Kərim Cəfərov (67 kq), İslambek Dadov (77 kq), Rafiq Hüseynov (87 kq), Zamir Məhəmmədov (97 kq) və Türmən Eyyubov (130 kq) yer alıb. Məşqçilər Turac Hüseynli və Zöhrab Abbasovun tapşırıqlarını icra edən komandamız Rusiya və Özbəkistana məğlub olub, Gürcüstana isə qalib gəlib. Bu nəticə ilə millimiz "Alrosa” kuboku yarışlarını bürünc medalla başa vurub.
Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi birinci dərəcəli beynəlxalq hakim Natiq Hacıyev təmsil edib.