29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Deputat: “Azərbaycan qadınından danışanda öncə Mehriban Əliyevanı qeyd etməliyik”

03.12.2018

Bu gün Azərbaycan qadınları dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. 
"Dövran Media" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan qadını haqqında danışanda ilk növbədə birinci vitse-prezident Mehriban Əliyevanı xüsusilə qeyd etmək lazımdır:
"Azərbaycanda əhalinin 50,2 faizini qadınlar təşkil edir. Hazırda 1 vitse-prezident, 5 nazir müavini (iqtisadiyyat, mədəniyyət, səhiyyə, kənd təsərrufati), 1 dövlət komitəsinin (Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) sədri və onun 2 müavini, 1 Dovlət İmtahan Mərkəzinin sədri, 5 ali təhsil müəssisəsinin rektoru (Slavyan, İncəsənət, Memarlıq və İnşaat, Lomonosov adına Moskva Dovlət Universitetinin Baki filialı, Azərbaycan Universiteti), Naxçıvan və Azərbaycan Respublikasının Ombudsmanı postları qadınlara tapşırılıb.
Deputat qadınların Milli Məclisdəki iştirakından da danışıb: "2005-ci il seçkiləri  nəticəsində qadın deputatların faiz nisbəti 11 faiz idisə, bu rəqəm 2015-ci ildə 16-ya qalxıb. Onu da qeyd etməliyəm ki, Milli Məclis sədrinin müavini və 2 komitə sədri qadındır”.