09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xınalıqda qar uçqunu: Yollar bağlandı - FOTO

19.02.2018

Fevralın 19-u gecə saatlarında baş verən qar uçqunu səbəbindən Quba-Xınalıq yolu bağlanıb. Həmin istiqamətdəki kəndlərlə nəqliyyat əlaqəsi kəsilib.
Qar uçqunu Quba-Xınalıq yolunun 35-37-ci kilometrliyində, dörd yerdə qeydə alınıb. Uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 4-5 metrə çatır.
Gecə saatlarından yolun qardan təmizlənməsinə başlanılıb. Quba-Xınalıq yolunun günün sonunadək avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur.
Qeyd edək ki, ötən gündən başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə güclü qar yağıb. Ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 43 santimetrə çatıb.
"DM"