Türkiyədə xilasetmə  qayığı batdı 
    
                          
     
                         03.12.2018
 
    
                        "Dövran Media" bildirir ki, hadisə İstanbulun Kartal rayonu yaxınlığında Mərmərə dənizində baş verib.
Qayıqda olan 4 nəfər sərnişin gəmisinin köməyi ilə xilas edilib.
Qayıq İstanbul yaxınlığındakı adalardan birinə gedirmiş.
Qəzanın səbəbləri barədə hələ məlumat verilmir.