09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aİ-nin xüsusi nümayəndəsi Bakıdadır

19.02.2018

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Bakıya səfəri başlayıb.
Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Siyasət şöbəsinin rəhbəri Denis Danilidis məlumat verib.
İki gün davam edəcək səfər çərçivəsində T. Klaarın prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənovla görüşü nəzərdə tutulub.
Qeyd edək ki, T. Klaar ötən il noyabrın 13-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.
"DM"