Rusiya bu sistemlə  Avropanı nəzarətə götürdü 
    
                          
     
                         01.12.2018
 
    
                        Rusiya Mordoviyada "Konteyner” radiolokasiya sistemi yerləşdirib.
"Dövran Media" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Sistemin 3 min kilometr məsafədə supersonik raketləri izləmə qabiliyyətinə malik olduğu bildirilib.
"RLS 3 min kilometr məsafədə istənilən hava hədəfinin uçuşuna nəzarət edə bilir. Bundan əlavə sistemin köməkliyi ilə eyni anda 5 min müxtəlif tipli hava hədəfini nəzarətdə saxlamaq mümkündür”, - MN məlumatında qeyd olunub.