Türkmənistan prezidenti iclasa  velosipedlə gəldi 
    
                          
     
                         01.12.2018
 
    
                        Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətin iclasına velosipedlə gəlib. 
"Dövran Media" "RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı hökumətin rusdilli qəzeti olan "Neytralnıy Turkmenistan” məlumat yayıb. 
Bildirilib ki, Berdiməhəmmədov Nazirlər Kabinetinin iclasına səhər saatlarında velosipedlə yola düşüb. 
"Prezident qeyd edib ki, davamlı şəkildə idmanla məşğul olmaq insan sağlamlığına müsbət təsir göstərir. Bununla dövlət başçısı türkmənlərə birbaşa örnək olur”, - qəzet yazıb. 
Prezident sarayı ilə Nazirlər Kabinetinin binası arasındakı məsafə bir neçə yüz metrdir.