29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Madurodan səfər öncəsi Ərdoğana böyük jest

01.12.2018

Venesuela Prezidenti Nikolas Maduro Argentinadakı G20 zirvəsindən sonra dekabrın 2-də bu ölkəyə səfəri nəzərdə tutulan Rəcəb Tayyib Ərdoğana böyük jest edib.
"Dövran Media" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, Venesuela hökuməti ölkədə fəaliyyət göstərən FETÖ məktəblərini Türkiyənin Maarif Fonduna təhvil verib.
Məktəblərin təhvil verilməsinə dair müqaviləni Venesuelanın Təhsil naziri Aristobula İzturiz Almeyda, Türkiyənin Venesueladakı səfiri Şevki Mütəvəllioğlu və Maarif Fondunun idarə heyətinin üzvü Nedim Kaya imzalayıb. İmzalan müqavilə ilə bağlı danışan Türkiyə səfiri münasibətlərdə tarixi bir məqam yaşandığını bildirib:
"Bu müqaviləni iki ölkənin böyük uğuru kimi görürəm. Türkiyə Maarif Fondu düzgün və səviyyəli təhsil barədə həm Venesuela, həm də Latın Amerikasındakı ölkələrə nümunə olacaqdır”.