Gürcüstandakı prezident seçkisinə ABŞ-dan    Münasibət 
    
                          
     
                         01.12.2018
 
    
                        					ABŞ Gürcüstanda namizədlərin seçkiqabağı kampaniyalarının təşkilindəki qanun pozuntularından narahatdır.
"Dövran Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert danışıb.
"ATƏT və beynəlxalq müşahidəçilərin qanunsuz təşviqatın tərkib hissəsi kimi dövlət resurslarından sui-istifadə halları ilə bağlı narahatlıqlarını bölüşürük. ABŞ Gürcüstanı müşahidəçilər tərəfindən göstərilən nöqsanların aradan qaldırılmasına çağırır.”, - Noyert bildirib.
Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda Salome Zurabişvili 59,52 faiz səs toplayaraq Gürcüstanın yeni prezidenti seçilib.