29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhriyar Məmmədyarov dünya reytinqində

01.12.2018

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci ilin dekabr ayı üçün dünyanın ən güclü 100 şahmatçısının adını açıqlayıb.
"Dövran Media" xəbər verir ki, kişi şahmatçıların ilk yüzlüyündə Azərbaycanın altı qrossmeysteri yer alıb. 
Şəhriyar Məmmədyarov 2817 xalla III pillədəki mövqeyini qoruyub. Siyahıya aktivində 2835 xal olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana 2832 xalla II yerdədir.
Teymur Rəcəbov 2757 xalla XIV və Arkadi Naydiç 2736 xalla XX sıradadır. Rauf Məmmədov iki pillə geriləyərək 42-ci pillədə qərarlaşıb (2703 xal). Eltac Səfərli 2671 xalla 72-ci, Qədir Hüseynov isə 2664 xalla 82-ci sıradadır.
Qadınların ilk ən güclü yüz şahmatçısı siyahısında Azərbaycanın üç təmsilçisi yer alıb. Günay Məmmədzadə bir pillə geriləyib (2422 xal, 47-ci pillə). Bir pillə irəliləyən Xanım Balacayeva 62-ci pilləyə yüksəlib (2397 xal). İki pillə geriləyən Gülnar Məmmədova 2368 xalla 99-cu yerdədir.