29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BMT-dən Fələstinə dəstək

01.12.2018

BMT Baş Assambleyası cümə günü Fələstini dəstəkləyən və İsrail işğalını pisləyən beş qətnamə qəbul edib.
"Dövran Media" TASS agentliyinə istinadən xəbər verir ki, bütün sənədlər səs çoxluğu ilə qəbul edilib. 
ABŞ, İsrail, Kanada və Avstraliya qətnamələrin əleyhinə səs veriblər.
Sənədlər Fələstin xalqının öz müqəddəratını müəyyənləşdirməsi, həmçinin Yaxın Şərq probleminin nizamlanmasına kömək etməyi nəzərdə tutur.
Baş Assambleya, xüsusilə, "Fələstin probleminin sülh yolu ilə həll olunması” sərlövhəli qətnamədə bu istiqamətdə beynəlxalq səylərin gücləndirilməsinə çağırır və həmçinin Fələstin-İsrail münaqişəsinin ədalətli və  sülh yolu ilə həllinə nail olmaq  məqsədi ilə Moskvada beynəlxalq konfransın vaxtında keçirilməsini tələb edir.
Sənəd İsrailin Şərqi Qüds daxil olmaqla işğal olunmuş Fələstin ərazilərindəki bütün məskunsalma fəaliyyətinin tamamilə dayandırılmasını tələb edir və həmçinin israilliləri, o cümlədən dini ibadət yerlərində təxribatlara son qoymağa çağırır.