28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ən çox adam bu rayonlarda ölür - SİYAHI

30.11.2018

2010-2018-ci illərdə Azərbaycanda şəhər əhalisinin orta illik artımı zəifləyərək 8 000 nəfərdən 5 000-ə düşüb.
"Dövran Media" xəbər verir ki, bunu AMEA-nın Coğrafiya İnstitutunun coğrafiya üzrə fəlsəfə doktoruE tibar Bədəlov bildirib.
Onun sözlərinə görə, 2015-ci illə müqayisədə 2017-cı ildən təbii artımın (hər 1000 n. görə 10,2-7) və doğumun (16,5-13,6) nisbi əmsal göstəriciləri sürətlə aşağı enib: "Burada ən aşağı göstəricilər Göyçay, Zərdab, Bərdə və Neftçala şəhər məntəqələrinin payına düşür. Rəsmi qeydiyyata alınmamış nikahdan doğulanların sayı 20%-dən yüksək olub".
Etibar Bədəlov qeyd edib ki, ölüm əmsalı göstəricisi artımla (6,3-6,6) müşayiət olunur və ölkə səviyyəsi ilə müqayisədə daha yüksəkdir:
"Bu baxımdan Göyçay, Zərdab, Kürdəmir və Bərdə rayonlarının şəhər əhalisi mənfi mənada fərqlənir".