29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qalmaqallı derbi "Real"ın stadionunda keçiriləcək

30.11.2018

Libertadores Kubokunda Argentinanın "River Pleyt" və "Boka Xuniors" komandaları arasındakı finalın cavab görüşünün dəqiq vaxtı və yeri müəyyənləşib.
"Dövran Media" xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
Qarşılaşma dekabrın 9-da İspaniyanın paytaxtı Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. 
Qeyd edək ki, iki komanda arasında noyabrın 11-də "Boka Xuniors"un meydanında keçirilmiş ilk matçda qalib müəyyənləşməyib - 2:2. Daha öncə cavab görüşü azarkeşlərin hücumu ilə əlaqədar təxirə salınıb. "Santyaqo Bernabeu" stadionu "Real Madrid" klubuna məxsusdur.