09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə NATO-dan çıxarsa... - Ekspert RƏYİ

17.02.2018

Türkiyənin NATO-dan çıxması tamamilə real görünür.
"Dövran Media" xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Konstantin Sivkov deyib.
"Türkiyənin Afrin hərəkatı Suriyanın şimalındakı amerikalı hərbi ekspertlərin həyatını təhlükəyə atır. Bununla yanaşı, Türkiyə Rusiyadan S-400 müdafiə sistemləri satın alıb. Bu, NATO-nun sisteminə fərqli ünsürün qatılması anlamına gəlir. Bu mənada Türkiyənin NATO-dan çıxması real ssenari kimi görünə bilər. Bəs, Türkiyənin itirilməsi nə anlama gəlir? NATO üçün bu cənub qanadın tamamilə itirilməsi və Rusiyanın Aralıq dənizinə daxil olması deməkdir. Vaxtilə Türkiyə ABŞ-ın VI donanmasını vura biləcək Rusiyanın ağır hərbi donanmasının qarşısını almışdı”, - ekspert bildirib.