29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Makronu G20-də heç bir rəsmi qarşılamadı

30.11.2018

Bu gün dünyanın ən böyük iqtisadiyyatına malik ölkələri (G20) Argentinada toplanacaq.
"Dövran Media" xəbər verir ki, artıq bir sıra ölkə başçıları ötən gündən paytaxt Buenos-Ayresə gediblər. 
Onların arasında Cənubi Koreya lideri Mun Çje İn, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, İtaliya baş naziri Cuzeppe Konte, Fransa dövlət başçısı Emmanuel Makron, həmçinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman var. 
ABŞ lideri Donald Tramp elə təyyarənin göyərtəsində olarkən həmkarları Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanla görüşü ləğv edib. 
Eyni zamanda, Almaniya Nazirlər Kabineti bu gün məlumat yayaraq əvvəldən planlaşdırılan Merkel-Tramp görüşünün də ləğv edildiyini bəyan edib. Səbəb təyyarədə baş verən texniki nasazlıq səbəbi ilə kanslerin sammitə gecikməsidir.  
Ən maraqlı məqam isə Fransa lideri Emmanuel Makronun həyat yoldaşı ilə hava limanına enişi zamanı yaşanıb. Belə ki, baş verən anlaşılmazlıq səbəbindən Makronu Argentinanın heç bir rəsmisi qarşılamayıb. 
Qeyd edək ki, sammit noyabrın 30-dan dekabrın 1-nə kimi davam edəcək.