28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zurabişvili seçilən kimi Rusiya məsələsinə nöqtə qoydu

30.11.2018

Tiflis və Moskva arasında əməkdaşlıq üçün lazımi zaman hələ yetişməyib.
"Dövran Media" xəbər verir ki, bunu BBC-nin Rusiya xidmətinə açıqlamasında Gürcüstanın prezidenti seçilən Salome Zurabişvili deyib.
"Rusiya özünü indiki kimi aparmağa, yəni işğal xəttində insanların ələ keçirilməsinə və işğal xətti ərazimizin daha da içərisinə – Tiflisə doğru çəkilməyə davam etsə və Rusiyanın Ukrayna ilə münasibətlərdəki davranışını nəzərə alsaq, indi birbaşa əməkdaşlığa keçəcəyimizi düşünmürəm.
Tiflis avropayönlü mövqe tutur. Əgər Qərbdəki tərəfdaşlarımız – Avropa və ABŞ Moskva ilə dialoqa başlasalar, Tiflis də kənarda qalmayacaq”, – deyə o bildirib.