27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Merkelin təyyarəsi təcili eniş edib - səbəbi

30.11.2018

Argentinada keçirilən G20 Sammitində iştirak etmək üçün bu ölkəyə yola düşən Almaniya Kansleri Angela Merkelin olduğu təyyarə texniki problemlə əlaqədar Köln şəhərinə təcili eniş edib.
"Dövran Media" AzərTac-s istindən xəbər veriri ki,  Anadolu agentliyinin məlumatına görə, təyyarədə Almaniya Kansleri ilə yanaşı, maliyyə naziri Olaf Şolts da olub.
Təyyarənin təcili eniş etməsi ilə əlaqədar hava limanında ciddi təhlükəsizlik tədbirləri görülüb, yanğınsöndürmə briqadaları hazır vəziyyətə gətirilib.
Bakı vaxtı ilə saat 22:00-da Berlindən havaya qalxan təyyarədə texniki problem Hollandiyanın hava məkanında olarkən baş verib. Almaniya Kansleri jurnalistlərlə söhbət etdiyi vaxt ona texniki problem barədə məlumat verilib.
Yayılan məlumatlarda Angela Merkelin və başçılıq etdiyi nümayəndə heyətinin başqa bir təyyarə ilə Argentinaya yola düşəcəyi, lakin Sammitə gecikə biləcəyi qeyd olunub.