28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zurabişvili Rusiya ilə münasibətləri normallaşdırmaq fikrində deyil

30.11.2018

Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili hesab edir ki, hazırda Rusiya ilə münasibətlərin normallaşdırılmasının zamanı deyil.
"Dövran Media" report-a istinadən xəbər verir ki, siyasətçi bunu BBC-nin Rusiya bürosuna müsahibəsində deyib.
"Nə qədər ki, Rusiya özünü indiki kimi aparır, bütün bunların bizim indi əməkdaşlığa gedə biləcəyimizi ehtiva etdiyini düşünmürəm", - Zurabişvili bildirib.
Onun sözlərinə görə, Gürcüstan Avropayönümlü mövqe tutduğundan Qərb Rusiya ilə dialoqa başlayacağı təqdirdə, o da kənarda qalmayacaq.
Bu həftə Gürcüstanda keçirilən prezident seçkilərində ölkə tarixində ilk dəfə olaraq qadın namizəd qalib gəlib. Hakim "Gürcüstan arzusu" partiyasından irəli sürülən Salome Zurabişvili seçicilərin 59,52 faizinin səsini toplayıb.