27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün parlamentdə büdcə müzakirələri yekunlaşdırılacaq

30.11.2018

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
İiclasda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi yekun müzakirəyə (üçüncü oxunuş) çıxarılacaq.
İclasda həmçinin "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsi yekun müzakirələrə çıxarılacaq.
Qeyd edək ki, ümumilikdə Milli Məclisin noyabrın 27-də və 30-da keçirilən iclaslarının gündəliyinə 58 məsələ daxil edilib.