28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu xanım Azərbaycan kubokunun qalibi oldu

29.11.2018

Noyabrın 29-da Şüvəlandakı Ağır Atletika Akademiyasında ağır atletika üzrə Azərbaycan kuboku start götürüb.
Azərbaycan Ağır Atletika Federasiyasından Axar.az-a bildiriblər ki, körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Sinkleyr cədvəli üzrə mütləq qalibin müəyyən edilməsi uğrunda zərif cinsin nümayəndələrinin mübarizəsində Səbinə Əzimova fəxri kürsün ən yüksək pilləsinə qalxıb. On səkkiz yaşlı atlet toplam 172 kiloqram (75+97) nəticə və 253,22 Sinkleyr xalı ilə təcrübəli rəqiblərini üstələməyi bacarıb.
İkinci yerə 171 kiloqram nəticə ilə (78+93) 233,29 xal toplayan Boyanka Kostova layiq görülüb. Üçüncü yeri isə 164 kiloqram (72+92) nəticə və 213,11 xalla Firuzə İbrahimova tutub.
"Bu cür mötəbər yarışda iştirak etmək çox yaxşıdır. Kuboka hazırlığım çox ciddi keçdi. Yarışda rəqiblərimi asanlıqla məğlub edə bildim. Qarşıda Qətərdə baş tutacaq turnir var. Orada da yaxşı çıxış edib qızıl medal qazanmaq istəyirəm”, - S.Əzizova bildirib.
Qeyd edək ki, Azərbaycan kubokunun keçirilməsində məqsəd atletlərin hazırlıq səviyyəsinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.