28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Canavar kəndə hücum çəkdi - 7 nəfər yaralandı

29.11.2018

Astara rayonunun Şuvi və Zəngüləş kəndinə canavar hücum çəkib.
"Dövran Media" xəbər verir ki, bu barədə məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova yayıb. Bildirib ki, Zəngüləş kəndindəki hadisə gecə saatlarında baş verib. Bu zaman şəxsi təsərrüfatını, mal-qarasını qorumağa cəhd edən 7 nəfər kənd sakini canavarın hücumuna məruz qalıb. 
Analoji hadisə səhər saatlarında Şüvi kəndində baş verib. Kənd sakini Həbib Əlizadənin sözlərinə görə, bir neçə nəfəri yaralayan canavar daha sonra meşəyə qaçıb. 
Xəsarət alanların hər biri Astara Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Canavar dişləməsi diaqnozu qoyulan xəstələrə dərhal zərdablar vurulub, cərrahi müdaxilə ilə yaraları təmizlənib. Hazırda vəziyyətləri qənaətbəxşdir. Xəstəxanaya daxil olan Zəngüləş kənd sakini 1978-ci il təvəllüdlü Əsgərov Tofiq Qəribxan oğlu onu dişləyən canavarı öldürməyə nail olub.
Canavar dişləyən sakinlər arasında azyaşlı Əsgərova Lalə Roma qızı da var.