28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qənirə Paşayevanın əməliyyat SƏBƏBİ AÇIQLANDI

29.11.2018

Millət vəkili Qənirə Paşayeva Türkiyədə karpal tunel sindromu səbəbilə əməliyyat olunub.
"Dövran Media" xəbər verir ki, bu barədə millət vəkilinin bacısı Kəmalə Paşayeva açıqlama yayıb. O bildirib ki, Qənirə Paşayeva Türkiyənin Memorial Şişli Xəstəxanasında əməliyyat edilib:
"Hamıya Qənirə xanımın əməliyyat olunması ilə bağlı keçirdirdiyi narahatlıqdan və göstərdiyi böyük diqqətdən dolayı ailəm və öz adımdan dərin minnətdarlığımı bildirirəm. Bu gün dünyanın bir çox yerindən sonsuz sayda telefon və mesajlar qəbul etdim. Bir çoxuna məlum səbəbdən cavab verə bilmədimsə, üzr istəyirəm.
Sizin narahatlığınız və diqqətinizi böyük sevgi əlaməti olaraq dəyərləndiririk.
Məlumat üçün bildirirəm ki, Qənirə xanım qollarında meydana gələn karpal tunel narahatlığı səbəbilə əməliyyat olunub. Hazırda hər şey yaxşıdır, özünü yaxşı hiss edir. Memorial Şişli Xəstəxanasının dəyərli həkim kollektivinə və sizlərə bir daha təşəkkür edirik”.
Qeyd edək ki, karpal tunel bilək nahiyəsində sinirlərin sıxılması səbəbi ilə meydana çıxan əlamətlərdir.