02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"General Motors" böhrana düşdü: 6 min fəhlə işsiz qalacaq

28.11.2018

Dövran Media" Milli.Az-a istinadən bildirir ki, dünyanın ən böyük avtomobil istehsalçılarından olan "General Motors" korporasiyası ABŞ və Kanadada ixtisarlara başlayacaq.
 The Verge-nin məlumatına görə, korporasiya ABŞ və Kanadada bir neçə zavodunu bağlayacaq, bir sıra modellərin istehsalını dayandıracaq.
Həmin modellər ABŞ-da çox pis satılan Chevrolet Volt, Chevrolet Impala, Chevrolet Cruze, Cadillac CT6 i XTS və Buick LaCrosse-dur.
Gələn il korporasiya Detroyt (Miçiqan ştatı, ABŞ), Uorren (Miçiqan), Oşava (Ontario əyaləti, Kanada), Baltimor (Merilend) və Lordstounda (Ohayo ştatı, ABŞ) zavodlarını bağlayacaq.
Bunun nəticəsində Detroytda 1500, Uorrendə - 645, Oşavada - 2500, Lordstounda - 1600, Baltimorda isə 646 nəfər işsiz qalacaq.
Daha sonra ixtisarlar davam etdiriləcək, şirkətdən 14 min nəfər kənarlaşdırılacaq.
Ofis əməkdaşları və mühəndislər olan 8100 nəfərin bəzilərinə təzminatlar ödənəcək, əksəriyyət isə sadəcə, işdən çıxarılacaq.
"General Motors"un yaydığı bəyanatda bildirilir ki, korporasiya müqavilə əsasında çalışan əməkdaşlarının 15 faizini ixtisar edəcək: "Bu, qərarların qəbul olunması prosesinin rasionallaşdırılması üçün rəhbərlərin sayını 25 faiz azaldacaq".
Eyni zamanda, "General Motors" bəyan edib ki, ixtisarlar maliyyə dövriyyəsini 2021-ci ilədək 6 milyard dollara çatdırmağa imkan verəcək.
İşsiz qalacaq təqribən 6 min fəhlənin cüzi qismi yük avtomobillərinin istehsal olunduğu zavodlarda işlə təmin ediləcək.
"Ceneral Motors"u ixtisarlara vadar edən əsas səbəb ABŞ prezidenti Donald Trampın Kanada və Meksika ilə bu payız imzaladığı USMCA müqaviləsidir.
Əvvəlki NAFTA anlaşmasının yenilənmiş versiyası olan USMCA-da əsas məqam avtomobil sənayesidir. İndiyədək avtomobil istehsalçılarına Meksikada və Kanadada zavodlar açmaq, avtomobilləri isə ABŞ-da satmaq sərfəli idi.
Avtomobilər və avtomobil detallarına tətbiq ediləcək yeni rüsumlar, habelə Meksikada maaşların artırılması ABŞ və Kanadada avtomobil istehsalının rentabelliyini azaldıb.
Oşavadakı zavodun bağlanması bu şəhərin sakinləri üçün ağır zərbədir.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, "General Motors" 5 zavoduğunu bağlamağa hazırlandığından avtomobil nəhənginə dövlət büdcəsindən verilən subsidiyalar dayandırılacaq.
Baş verən olaylar "General Motors"un səhmlərini 3,48 faiz ucuzlaşdırıb.