02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Liftlər gələn ildən yenilənəcək

28.11.2018

Bakıda lift təsərrüfatı 2019-cu ildən yenilənəcək.
"Dövran Media" xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə 2018-2019-cu ilin payız-qız mövsümünə hazırlığın yekunu, qış aylarında icra qurumları və təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr olunmuş paytaxt rayonları İcra hakimiyyətlərinin başçıları, şəhər təsərrüfatı və xıdmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə deyilib.
Müşavirədə binaların lift təsərrüfatlarının yenilənməsi məsələsinə xüsusi toxunulub. Bildirilib ki, ölkə başçısının paytaxtın lift təsərrüfatının yenilənməsi istiqamətində verdiyi tapşırıqların icrası ilə bağlı yeni layihə hazırlanıb, maliyyə vəsaiti ayrılıb və tədbirlər artıq fevral-mart aylarında reallaşacaq.
Qeyd olunub ki, bu işlər Şəhər İcra Hakimiyyətinin nəzarətində saxlanılır.