02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tullantılarla bağlı təkliflər var - böyük dəyişikliklər olacaq

28.11.2018

"Dövran Media" Trend-ə istinadən xəbər verir ki, iki xarici şirkət Bakıda tullantıların daşınması ilə bağlı təkliflər hazırlayıb.
Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, bu barədə 2018-2019-cu ilin payız-qız mövsümünə hazırlığın yekunu, qış aylarında icra qurumları və təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr olunmuş paytaxt rayonları İcra hakimiyyətlərinin başçıları, şəhər təsərrüfatı və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə deyilib.
Müşavirədə şəhərdə məişət tullantılarının daşınması ilə bağlı bildirilib ki, tullantıların daşınması ilə bağlı 2 xarici şirkət tərəfindən təkliflər hazırlanıb və onların təklifləri təsdiq olunduqdan sonra bu sahədə geniş islahatlara başlanacaq.
Eyni zamanda, yeni konteynerlər alınacaq, mövcud konteynerlər isə təmir olunaraq onlardan istifadə olunacaq.