02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Misir ABŞ-dan bir milyard dollarlıq helikopter alacaq

28.11.2018

"Dövran Media" AzərTac-a istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları Misirə ümumi dəyəri 1 milyard dollar olan 10 ədəd müasirləşdirilmiş "AH-64E Apache” hücum helikopteri, həmçinin onların döyüş sursatları və ehtiyat hissələrini tədarük etmək barədə qərar qəbul edib.
 Yerli mətbuatın yazdığına görə, bu məlumatı ABŞ-ın Müdafiə Nazirliyinin Təhlükəsizlik və Müdafiə Əməkdaşlığı İdarəsi yayıb.Bildirilir ki, bu qərar Yaxın Şərqdə strateji tərəfdaşın təhlükəsizliyinin gücləndirilməsi yolu ilə ABŞ-ın xarici siyasətini və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcək. Sənəddə qeyd olunur ki, Misir Sinay yarımadasında regional sabitliyi pozan terror fəaliyyətinə qarşı hər iki ölkənin maraqları naminə müqavimət göstərmək məqsədi ilə mövcud çoxməqsədli hücum helikopterlər parkını genişləndirmək niyyətindədir. Həmçinin vurğulanır ki, bu saziş regionda hərbi balansı dəyişməyəcək.