Təyyarə qəzasında bir nəfər həlak olub  
    
                          
     
                         14.03.2024
 
    
                        Türkiyədə təyyarə qəzası nəticəsində bir nəfər həlak olub
Türkiyənin Konya vilayətində hərbi təlim təyyarəsinin qəzaya uğradığı bölgədə bir nəfər həlak olub.
Bu barədə məlumatı Konya valisi Vahdettin Özkan açıqlayıb.
Vali hərbi təyyarənin düşdüyü ərazinin inşaat sahəsi olduğunu və burada tikinti texnikası işlədən bir əməkdaşın qəza nəticəsində öldüyünü deyib.
Xatırladaq ki, səbəbi hələ bəlli olmayan qəza Türkiyə Silahlı Qüvvələrinin Konyadakı üçüncü əsas Jet bazasında baş verib. Təyyarə qəzaya uğramazdan əvvəl pilotun paraşütlə tullandığı bildirilir.
Hadisənin baş verdiyi bölgəyə çox sayda xilasedici briqada cəlb olunub.